Rumıniya Prezidenti Klaus İohannis və Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
Senzor.az bildirir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində reallaşıb.
Həmsöhbətlər regionda kommunikasiyaların açılması məsələsini də müzakirə ediblər.
Bundan başqa Ermənistan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyət məsələsinə toxunulub, həmçinin Ermənistan-Rumıniya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.