Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Senzor.az bildirir ki, görüş zamanı tərəflər qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsinin və ikitərəfli faydalı əməkdaşlığın qurulmasının zəruriliyini vurğulayıblar.
Pakistanın Baş naziri görüş zamanı ticarət və investisiyaların artırılması, mədəni əlaqələrin yaxşılaşdırılmasının vacibliyini qeyd edib.