Türkiyənin 81 əyalətində silah qaçaqmalçılığı və sənədsiz silah gəzdirməyə qarşı “Mercek-26” adı altında əməliyyat keçirilib.
Senzor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 1 271-i sənədsiz tapança, 534-ü boş tapança, 43-ü uzun lüləli, 663-ü sənədsiz ov tüfəngi olmaqla 2 min 511 silah ələ keçirilib, 2 min 310 şübhəli ilə bağlı araşdırma aparılır.
Nazir bildirib ki, bu istiqamətdə əməliyyat davam edir.