Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.
Senzor.az bildirir ki, bu barədə jurnalistlərə dünya təşkilatının sözçüsü Stefan Düjarrik məlumat verib.
Onun sözlərinə görə, tərəflər Azərbaycanın COP29-a sədrliyi kontekstində dünya təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı, o cümlədən iqlimin maliyyələşdirilməsi üzrə yeni hədəfin yekunlaşdırılmasını müzakirə ediblər.
Mətbuat katibi əlavə edib ki, söhbət əsnasında Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqların gedişi, minalardan təmizlənməsi barədə də fikir mübadiləsi aparılıb.