Ukrayna gecə Rusiyada sursat anbarını və aerodromu yandırdı - GENERALIN ÖLDÜYÜ DEYİLİR
VİDEO

Gecə saatlarında Ukraynanın Baş Kəşfiyyat İdarəsi və Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində Rusiyanın Yeysk şəhərindəki hərbi aerodrom hücuma məruz qalıb. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Kinjal” raketlərinin böyük bir anbarı məhv edilib.

 

Təsdiqlənməmiş məlumatlara görə, 20 sentyabr 2016-cı ildən 23 yanvar 2023-cü ilə qədər Cənub Hərbi Dairəsinin komandanı olmuş ordu generalı A.V.Dvornikov da Ukraynaya məxsus PUA-ların gəlişindən sonra Yeysk aerodromunda məhv edilib.



**

Ukrayna PUA-ları Voronejdə İranın Fath-360 ballistik raketlərinin buraxılış qurğularının saxlandığı hərbi anbara hücum edib. Anbarlarda 45 ton sursat partladılıb.

 

Bu barədə rusiyalı məşhur jurnalist Aleksandr Nevzorovun Teleqram kanalı Ukrayna kəşfiyyatına istinadən məlumat yayıb.

 

Nevzorov vurğulayıb ki, belə partlayış taktiki nüvə partlayışına bərabərdir.

**

Ukrayna PUA-ları Voronejə hücum edərək şəhəri bombalayıblar. Hücum faktını Voronej vilayətinin qubernatoru Aleksandr Qusev də təsdiqləyib. Lakin Rusiya rəsmisi hücumun nəticələri barədə susub.

 

Rusiyanın xüsusi xidmət orqanlarına yaxın olan bir Teleqram kanalının məlumatına görə isə, Voronejdə güclü yanğın baş verib. Kanal yanğının videosunu da yayıb. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.