İsrail Hərbi Hava Qüvvələri Livandakı “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Livanda ümumilikdə 120-yə yaxın müxtəlif hədəf vurulub.
İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, onun ölkəsi üçün əlçatmaz yer yoxdur: “İsrail Hərbi Hava Qüvvələrinin nəzarət qülləsini ziyarət etdim, orada Husi terror təşkilatına qarşı zərbəni izlədim. Mesajımız aydındır: heç bir yer bizim üçün çox uzaq deyil”.(Report")