İsrail Bəşər Əsədin qardaşının komandan olduğu diviziyanın qərargahını bombaladı
FOTO

İsrail Müdafiə Ordusunun Hava Qüvvələri Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.

 

“Newsru.co.il” xəbər verir ki, məlumatı Suriya İnsan Hüquqları uğrunda Monitorinq (“The Syrian Observatory for Human Rights” -SOHR) yayıb.

 

Məlumata görə, bu qərargaha Livan “Hizbullah”ı və İran İnqilab Keşikçiləri Qvardiyasının liderləri tez-tez baş çəkirlər.

 

Bildirilib ki, bu, Mahir Əsədə xəbərdarlıqdır. İnformasiyaya əsasən, 4-cü diviziya Livana silah-sursat göndərir. Mahir Əsəd İsrail Müdafiə Ordusunun hədəf bankındadır. Bombalanma zamanı o, qərargahda olub.

 

Mahir Əsəd 2018-ci ildə İsrailin Suriyada hədəflərə zərbə endirməsi nəticəsində yaralanıb. 

General-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur. O, Ərəb Respublikasının qvardiyasına və 4-cü elit zirehli tank diviziyasına komandanlıq edir.

 

Senzor.az bildirir ki, hücumla bağlı məlumat Suriya hökuməti tərəfindən də təsdiqlənib. Rəsmi məlumatda bildirilib ki, hava zərbələrindən sonra Mahir Əsədlə əlaqə kəsilib və onun taleyi barədə bilgi əldə etmək mümkün olmayıb.

 

Ölən və yaralananların sayı barədə hələlik açıqlama verilməyib.

 

Onu da xatırladaq ki, cari ilin fevral ayında M.Əsədin İsrail kəşfiyyatı tərəfindən öldürülməsi barədə məlumat yayılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.