Avropa Liqası: "Qarabağ" əsas mərhələdə ilk qələbəsini qazandı - YENİLƏNİB, VİDEO/ FOTO


“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

 

Senzor.az xatırladır ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olub. 

 

“Aspmüra” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb - 2:1.

 

Hesabı 22-ci dəqiqədə Toral Bayramov açıb. Meydan sahibləri 41-ci dəqiqədə tarazlığı bərpa ediblər. Marks Berq fərqlənib. "Qarabağ"ın qələbə qoluna isə 69-cu dəqiqədə Abdullah Zubir imza atıb.

Bu, ağdamlıların Liqa mərhələsində ilk qalibiyyəti olub. "Qarabağ" bundan əvvəl keçirdiyi oyunlarda İngiltərə “Tottenhem”i ilə Niderland “Ayaks”ına 0:3, İsveçin “Malmö” kollektivinə isə 1:2 hesabı ilə uduzub.


**10:16


“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olacaq. 

 

“Aspmüra” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edəcək.

 

Ağdam klubu bundan əvvəl keçirdiyi oyunlarda İngiltərədə “Tottenhem”ə, Bakıda Niderlandın “Ayaks” komandasına (hər ikisinə 0:3) və İsveçin “Malmö” kollektivinə (1:2) uduzub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.