“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
“Agence France-Presse” (AFP) bildirir ki, bu barədə Əfqanıstan XİN-in mətbuat katibi Əbdül Qahar Balxi məlumat verib.
“Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”, – XİN rəsmisi deyib.
Xatırladaq ki, gələn həftə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayacaq. Tədbirdə Konvensiya tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir.