Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Bundan başqa, noyabrın 10-da dövlət başçısı İlham Əliyevlə San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada arasında görüş olub.
Prezident İlham Əliyev Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva
və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə də görüşüb.