Ukraynada səfərbərlik: 160 min hərbçi ilə bağlı plan hazırlanır

Ukrayna 2025-ci ilin fevralına qədər əlavə 160 min hərbçini cəlb etməyi planlaşdırır.

 

Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, insan qüvvəsi, xüsusən də piyada qoşunlarının çatışmazlığı Ukrayna üçün ən böyük problem olaraq qalır. Kiyevin əlavə 160 min hərbçi çağırmasının səbəbi də budur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hesab edir ki, bu addım hərbi hissələrin tələb olunan sayının yalnız 85%-ni doldura biləcək.

 

Lakin xarici hərbi ekspertlər və adı çəkilməyən yüksəkvəzifəli Kiyev rəsmisi bu məqsədə nail olunacağına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, 100 minə nəfərə qədər insanın hərbi xidmətə çağırılması realdır və bu, kadr çatışmazlığını yarıya qədər doldura bilər.

 

Nəşr qeyd edib ki, hazırda bəzi bölmələr tələb olunan sayın təxminən 1/3 ilə təmin olunub.

 

Oxu.az xatırladır ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb, hakimiyyət hərbi yaşda olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir. Bununla belə, hərbi xidmətdən yayınanlar istənilən yolla qaçmağa və ölkəni tərk etməyə çalışırlar - saxta sertifikatlardan istifadə edərək və ya qeyri-qanuni olaraq, çox vaxt həyatlarını riskə ataraq buna nail olmağa cəhd edirlər.

 

Sayt onu da qeyd edir ki, bu il mayın 18-də ölkədə səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun qüvvəyə minib ki, bu da daha yüz minlərlə ukraynalının hərbi xidmətə çağırılmasını mümkün edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.