Abxaziyanın qaçan “prezidenti” istefa verməyə razılaşdı, amma şərti var... – MÜXALİFƏTDƏN NÖVBƏTİ SƏRT TƏPKİ
YENİLƏNİB, VİDEO

Abxaziyanın “prezidenti” Aslan Bjaniya müxalifətin zəbt etdiyi hökumət binasını azad etdikdən sonra istefa ərizəsi yazmağa hazır olduğunu bəyan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Bjaniya bu barədə Tamış kəndində tərəfdarları ilə görüşdə deyib.

 

"Onlar bu binanı tərk etdikdə, mən istefa ərizəsi yazacağam və yeni seçkilərdə onların nə qədər dəstək alacağını görəcəyik", - deyə o bildirib.

 

Bjaniya həmçinin bildirib ki, vaxtından əvvəl istefa verəcəyi təqdirdə “prezident seçkilərində” namizədliyini irəli sürəcək.  “Seçkilər təyin etməyə, istefa verməyə... və seçkilərə getməyə hazıram. Qoy insanlar kimi dəstəkləyəcəklərini desinlər”, - deyən Bjaniya Abxaziyanı tərk etmək fikrində olmadığını da vurğulayıb.

 

Abxaziyanın “prezident administrasiyası” qarşısındakı etirazçılar isə Bjaniyanın erkən seçkilərin keçirilməsi təklifini rədd edib və hökumət kompleksini tərk etməyəcəklərini bildiriblər.

 

Qeyd edək ki, Abxaziyanın "rəhbəri" Aslan Bjaniya müxalifətin təzyiqi nəticəsində dünən axşam Suxumidən qaçaraq, öz kəndinə - Tamışa sığınıb.

**01:08



Abxaziya “prezidenti” Aslan Bjaniya Suxumini tərk edib.

 

Bu barədə TASS məlumat yayıb.

 

Onun hazırda doğma Tamış kəndində olduğu deyilir.

 

Qeyd edək ki, müxalifət Bjaniyaya ultimatum göndərərək təcili istefa verməsini tələb etmişdi. Lakin rəhbər istefa verməyəcəyini açıqlamışdı.


**17:38(15.11.2024)

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Abxaziya parlamenti yaxınlığında etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb.

 

Rusiya mediasının yaydığı məlumata görə, Suxumidə təşkil olunan aksiyanın iştirakçıları yük maşını ilə prezident Aslan Bjaniyanın oturduğu administrasiya binası ərazisinə soxulublar. Onlar binanın darvazasını dağıdıblar.

 

Bundan əvvəl Abxaziya prezidentinin Suxumidəki hökumət binaları kompleksinin etirazçılar tərəfindən mühasirəyə alınması ilə bağlı yayılan xəbərlər fonunda administrasiya binasını tərk etdiyi bildirilmişdi.

 

Xatırladaq ki, noyabrın 15-də Abxaziya parlamenti Rusiya hüquqi şəxsləri tərəfindən ölkə ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya ilə sazişin ratifikasiyası məsələsinə baxacaq. Müxalifət hesab edir ki, sənəd abxaz xalqının maraqlarına cavab vermir.

 

**13:48


Bu gün qondarma Abxaziya parlamentinin Rusiya ilə investisiya sazişinin ratifikasiyası ilə bağlı yenidən etiraz aksiyaları başlayıb.

 

Bu barədə TASS məlumat yayıb.

 

Məlumata görə, etirazçılar yük maşını ilə darvazanı qıraraq parlamentin ərazisinə giriblər.


Onlar sessiya keçirməyi və layihənin təsdiqinin “əleyhinə” səs verməyi tələb ediblər.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.