İsrail polisi və Ümumi təhlükəsizlik xidməti (ŞABAK) Baş nazir Benyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahı istiqamətində iki səs bombasının atılması ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
"Saat 19: 30-da Baş nazirin iqamətgahı istiqamətində iki səs bombası raketi atılıb. Onların hər ikisi iqamətgahın həyətinə düşüb. Təhlükəsizlik qüvvələri hadisə yerindədir. Hökumət başçısı və ailə üzvləri hadisə zamanı evdə olmayıblar. Polis və ŞABAK tərəfindən birgə istintaq başlayıb. Söhbət ciddi bir hadisədən gedir, günahkarların axtarışı üçün bütün tədbirlər görüləcək", - deyə məlumatdan sitat gətirilib.
İsrail Prezidenti İsaak Hersoq “X” hesabında paylaşım edərək hadisəni pisləyib və araşdırmanın aparıldığını bildirib.
Xatırladaq ki, oktyabrın 19-u səhər saatlarında da Baş nazirin iqamətgahına hücum olmuşdu. Livandan buraxılan pilotsuz təyyarə binanın yaxınlığına düşmüşdü. Netanyahu və həyat yoldaşı o hadisə vaxtı da orada olmamışdılar...