Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukraynaya 500 milyard dollar kredit ayırmağa və ölkənin NATO-ya üzvlük tarixini təyin etməyə çağırıb.
Yerli KİV bildirir ki, o bu haqda “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
B.Conson ABŞ Prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə uzaqmənzilli raketlər atmağa icazə vermək qərarını alqışladığını da bildirib.