İran şahının oğlu Trampdan Xamenei rejimini BİTİRMƏSİNİ İSTƏDİ

İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi ABŞ-da prezident seçkilərinin respublikaçılardan olan qalibi Donald Trampı təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rza Pəhləvi  sosial şəbəkədəki paylaşımında bildirib.

 

“Sizi ABŞ Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. İlk prezidentlik dönəminizdə nəinki Yaxın Şərqi, hətta Amerika xalqını terror, qeyri-sabitlik, xaosla təhdid edən İslam Respublikasına qarşı cəsarətlə İran xalqının yanında durdunuz. İndi bu təhlükəni birdəfəlik bitirməklə tarix yazmaq və davamlı sülh mirası qoymaq imkanınız var. Bu missiyanız zamanı İran xalqı sizin ən yaxşı tərəfdaşınızdır”, - deyə Rza Pəhləvi təbrikində qeyd edib.

 

Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahı Məhəmməd Rza Pəhləvinin ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayırlar.

 

İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini "şah" adlandırır.

 

İranda isə Pəhləvilər "arzuolunmaz ailə" statusu daşıyır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.