Azərbaycanın Rusiyadakı səfiri Sankt-Peterburqun qubernatoru ilə görüşüb - FOTO

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Beqlovla görüşüb.

 

Senzor.az səfirliyə istinadən bildirir ki, söhbət zamanı iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.

 

Tərəflər Azərbaycanın və Sankt-Peterburqun gənclər təşkilatları, musiqi və yaradıcılıq kollektivləri arasında dialoqun və qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

 

İki ölkə prezidentinin - İlham Əliyev və Vladimir Putinin Sankt-Peterburq Dövlət Universitetinin bazasında Azərbaycan-Rusiya universitetinin yaradılması haqqında verdiyi tapşırıqların icrasının gedişi, həmçinin görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçin abidələrinin müvafiq olaraq Sankt-Peterburq və Bakıda qoyulması məsələsi ətraflı müzakirə edilib.

 

Qeyd olunub ki, Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin qoyulması üzrə işlər davam etdirilir. Musiqiçinin anadan olmasının 140 illiyinin qeyd olunacağı 2025-ci ilin sentyabrında heykəlin açılışı planlaşdırılır. Bakıda isə Dmitri Şostakoviçin abidəsinin ucaldılması nəzərdə tutulur. Hazırda onun üçün yer müəyyənləşdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.