Rusiya Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Onun sözlərinə görə, Rusiya qitələrarası ballistik raketlə Dnepri hədəf alıb.
Zelenski qeyd edib ki, bu, dünyada belə silahların döyüşdə ilk dəfə istifadəsidir.
Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisini "Rubej" ballistik raketlə vurduğu barədə məlumat yayılmışdı.
Maraqlıdır ki, Qərb kəşfiyyatı Rusiyanın Ukraynada ilk strateji silahlardan istifadə etdiyini təsdiqləməyib.
Amerikanın ABC News telekanalı Qərb rəsmilərindən olan mənbəyə istinadən xəbər verib ki, Dneprə hücum üçün adi ballistik raketdən istifadə olunub.