Sərhəd Qoşunları komandanı: Bu il 301 sərhəd, 134 rejim pozucusu saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılıb.

 

Senzor.az bildirir ki, bunu Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov DSX Sərhəd Qoşunları Komandanlığının Şəmkir sərhəd dəstəsində keçirilən brifinqində deyib.

 

Onun sözlərinə görə, Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində təkcə 2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılıb, eyni zamanda ümumi çəkisi 1 ton 148 kiloqram olan narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək dövriyyədən çıxarılıb, onların ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib: "Qeyd etmək istəyirəm ki, son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olub, tərəfimizdən görülmüş tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılması təmin edilib, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.