Baxçalı yenə Öcalandan danışdı: “DEDİKLƏRİMİZİN ARXASINDAYIQ!”
VİDEO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatının lideri Abdullah Öcalana verdiyi təklifdən danışıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partiya rəhbəri bundan öncə verdiyi sözün arxasında olduğunu deyib.

 

“Kürdü türkdən ayırmaq dünyanı günəş sistemindən ayırmaq qədər qeyri-mümkün və axmaqlıqdır. Gələcəyimiz birdir, terroru gündəmimizdən tamamilə çıxarmaq üçün əl-ələ verməliyik. Qəndildə (PKK-nın baş qərargahında) dəmlənənlər qərar verməlidir: separatçı təşkilatların tərəfdarısınız, yoxsa ortaq taleyin? MHP hər sözünün arxasındadır. Oktyabrın 22-də dediklərimizin arxasındayıq. İmralı (Öcalan) ilə DEM (HDP) arasında üzbəüz təmas olmalıdır. Baxışlar mütləq dəyişməlidir”, - Baxçalı vurğulayıb.

 

Qeyd edək ki, MHP lideri oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırmışdı. MHP liderinin fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.