“Ukraynaya müdafiə təchizatı üçün yeni təkan lazımdır”.
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Oleksandr Sırski ilə görüşdən sonra xalqa axşam videomüraciətində deyib.
Zelenski vurğulayıb ki, Ukrayna yeni təkanı dekabrda təmin etməlidir.
“Bu gün Baş komandan Sirskinin məruzəsini dinlədim. Prioritetlər göz qabağındadır. Cəbhədəki prioretetlərimiz Pokrovsk, Kuraxova, həmçinin Kursk əməliyyatıdır. Tərəfdaşların dəstək paketi yüksək qiymətləndirildi. Kifayət qədər vaxtında həyata keçirilib. Elan olunanların həcminin bizim razılaşmalarımıza və ehtiyaclarımıza cavab verməsi vacibdir”, - deyə Zelenski bildirib.