Londonda terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarları ilə polis arasında toqquşma yaşanıb.
Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, iğtişaşlar Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının daha əvvəl PKK ilə əlaqəli terror fəaliyyətində şübhəli bilinən 6 nəfəri həbs etməsindən sonra başlayıb.
Yürüş zamanı Türkiyə və İngiltərə əleyhinə şüarlar səsləndirən PKK tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlbəyaxa davaya başlayıblar.
Türkiyədəki rəsmi mənbələrdən verilən məlumata görə, Britaniya təhlükəsizlik qüvvələri terrorun maliyyələşdirilməsi, çirkli pulların yuyulması və insanların İngiltərənin terror təşkilatı kimi tanıdığı PKK sıralarına cəlb olunması faktlarını araşdırır.
Mənbələr polisin “İcma Mərkəzi” adlanan “assosiasiya”sının ofisində apardığı yoxlamanın əhəmiyyətini qeyd ediblər. Həmin qurumun iki həftə müddətinə bağlanması və araşdırmaya başlanması barədə qərar var.