Azad Suriya Ordusu artıq Suriyanın dördüncü ən böyük şəhəri olan Həmanın nəzarətini tam ələ keçirib.
Senzor.az bildirir ki, bu barədə Azad Suriya Ordusuna istinadən Qətərin “əl-Cəzira” kanalı məlumat yayıb.
Sosial şəbəkələrdə üsyançıların şəhərin ələ keçirilməsini qeyd etdiyi iddia edilən görüntülər yayılır.
Suriya Müdafiə Nazirliyi isə hökumət qüvvələrinin Həma əyalətinin şimal və şərqindəki mövqelərində qalmağa davam etdiyini bildirib və əyalətdən çıxarılması barədə xəbərləri təkzib edib.