Tbilisidəki son etiraz aksiyasında 24 nəfər saxlanılıb
DAHA 21 POLİS ƏMƏKDAŞI XƏSARƏT ALIB

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində bu gecə keçirilən etiraz aksiyasında Daxili İşlər Nazirliyi (DİN) 24 nəfəri saxlayıb.

 

Senzor.az bildirir ki, bu barədə DİN məlumat yayıb.

 

Qeyd edilib ki, iki nəfər də cinayət işləri üzrə saxlanılıb. İstintaq müəyyən edib ki, 29 noyabrda onlardan biri parlament binasına "molotov kokteyli" ataraq bir otaqda yanğın törədib, digəri isə polis əməkdaşını pirotexniki vasitə ilə yaralayıb.

 

Saxlanılanların yaşları 17 və 21-dir. Sonuncusu daha əvvəl dəfələrlə məhkum olunub. Onlara 7 ilədək həbs cəzası verilə bilər.

 

Beləliklə, son dörd gün ərzində paytaxtda 224 etirazçı inzibati qaydada kiçik xuliqanlıq və polisin əmrinə tabe olmama səbəbindən həbs edilib.

 

DİN-in məlumatında o da qeyd olunub ki, son günlər aksiyalarda Nazirliyin 113 əməkdaşı xəsarət alıb, onlardan 4-ü hazırda klinikada müalicə alır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.