İraqın xarici işlər naziri Fuad Hüseyn, Suriyanın xarici siyasət idarəsinin rəhbəri Bassam Sabbagh və İranın xarici işlər naziri Abbas Ərakçı dekabrın 6-da Bağdadda görüşəcəklər.
Xarici KİV-in yaydığı məlumata görə, görüşdə Suriyadakı durumun müzakirə olunacağı gözlənilir.
Qeyd olunub ki, Suriya XİN başçısı artıq Bağdaddadır, iranlı nazir isə bu gün İraqa gedəcək.