Gürcüstan Baş naziri İrakli Kobaxidze böhranı həll edə bilmədiyi üçün istefa verməlidir.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Birinci kanalına müsahibəsində deyib.
“Böhranı həll edə bilməyən baş nazir dəyişdirilməlidir və o baş nazir istefa verən kimi mən iki həftəyə seçki təyin etməliyəm. Bu kompromisdir, depolarizasiyadır, Gürcüstan üçün çıxış yolu, sabitlik, sülh, azad və demokratik gələcəkdir”, - Zurabişvili bildirib.
Onun sözlərinə görə, Gürcü Arzusu Saakaşvili dövründən də pis olub: “Gürcü Arzusunun bir arzusu var: onların yeganə rəqibi həmişə Mişa olsun. Bu gün Gürcü Arzusu Saakaşvilinin dövründə olduğundan daha pis olub. Onlar hər şeyi təkrarladılar və Saakaşvilinin dövründə olmayan yeganə şeyi - Rusiya, avtoritarizm, təkpartiyalı sistem, seçki saxtakarlığı, insan hüquqlarının pozulmasını əlavə etdilər”.