Ərşad Salehi türk dövlətlərini Bağdadda səfirlik açmağa çağırdı...
“İRAQ TDT-də TƏMSİL OLUNMALIDIR”

Azərbaycan Qarabağ Zəfəri ilə bütün dünyaya, xüsusilə də yurdundan-yuvasından didərgin salınmış xalqlara ümid işığı oldu. Qarabağ Zəfərinin tarix kitablarında hərbi strategiya baxımından yeni səhifə açması təsadüfi deyil.

 

Senzor.az bildirir ki, bu fikirləri İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi dekabrın 7-də keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı səsləndirib.

 

Ərşad Əl-Salihi vurğulayıb ki, Azərbaycan qısa müddət əvvəl Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib. 

 

“Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Türkmən eli hər zaman Türkiyəyə və Azərbaycana arxalanır. Hesab edirəm ki, İraq Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunmalıdır. Bizim ortaq dəyərlərimizin ən gözəl nümunələrindən biri Füzulidir. Onun qələmi yalnız Türkmən elinə deyil, bütün İslam dünyasına işıq saçıb. Biz Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT-nin digər üzv dövlətlərinə səslənirəm: siz də Azərbaycan kimi İraqda səfirlik açın”, - deyə o əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.