Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Dohada görüşdülər - SURİYA İLƏ BAĞLI NƏ QƏRARA GƏLDİLƏR?
YENİLƏNİB, FOTO

Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin Dohada görüşü olub.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 22-ci Doha forumu çərçivəsində Suriyada nizamlanma üzrə Astana formatında keçirilən görüşdə iştirak edib.


Detallar açıqlanmayıb.


**

Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri - Sergey Lavrov, Abbas Ərakçı və Hakan Fidan Dohada keçirilən üçtərəfli görüşdən sonra Suriya hakimiyyəti ilə qanuni müxalifət arasında zorakılığı  dərhal dayandırmağa və dialoqa çağırıblar.

 

Senzor.az bildirir ki, Lavrovun görüşdən sonra qeyd etdiyi kimi, Astana formatının nazirləri tərəfləri dialoqa çağırıb və Suriyanın suverenliyinə sadiqliklərini təsdiqləyiblər.


"Türkiyə ilə Suriya arasında münasibətlər normallaşdırılmalıdır", - Rusiya XİN rəhbəri deyib.

 

Rusiyalı nazir Suriyadakı hadisələrin inkişafı ilə bağlı proqnoz verməkdən imtina edərək qeyd edib ki, Rusiya Federasiyası terrorçulara qarşı mübarizə üçün mümkün olan hər şeyi etməyə çalışır.

 

O, terrorçuların hazırda Suriyada baş verdiyi kimi, qadağan olunmuş Təhrir əl-Şamdan geosiyasi məqsədlər üçün istifadə etməsini qəbuledilməz adlandırıb.

Rusiya diplomatiyasının rəhbərinin sözlərinə görə, qadağan olunmuş “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının yaraqlılarını mötədil müxalifətçilərdən ayırmaq lazımdır.

 

O vurğulayıb ki, Rusiya terrorçuların Suriyadakı vəziyyəti dəyişmək cəhdlərinə qarşı əlindən gələni edəcək.

“Türkiyə və İranla birlikdə Suriyada gərginliyin azaldılması çağırışının eşidilməsinə əmin olmaq üçün addımlar atacağıq”, - Lavrov bildirib.

 

İranın xarici işlər naziri Abbas Ərakçı da öz növbəsində üçtərəfli formatda keçirilən görüşü müsbət qiymətləndirib: “Biz Suriya ilə bağlı aktual və çox vacib məsələləri müzakirə etdik və bütün iştirakçılar yekdilliklə razılaşdılar ki, hərbi əməliyyatlar dərhal dayandırılmalı və Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməlidir”.

 

Ərakçı qeyd edib ki, bu məsələ ilə bağlı Suriya hökuməti ilə məsləhətləşmələr aparılacaq.


** 15:15

 

Dohada (Qətər) Suriyadakı vəziyyətlə bağlı Astana formatı nazirləri arasında danışıqlar başlayıb.

 

Bu barədə TASS məlumat yayıb.

 

Qeyd edək ki, Rusiya, İran və Türkiyə xarici işlər nazirləri arasında Suriyada nizamlanma ilə bağlı Astana formatında görüş keçirilir.

 

Daha sonra onlara BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenin də qoşulacağı gözlənilir.

 

Xatırladaq ki, Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Astana formatı kimi tanınan proses 2017-ci ildən aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.