Gürcüstan Prezidenti Salome Zurabişvili Parisə səfəri çərçivəsində ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makronla söhbətləşib.
Senzor.az bildirir ki, Gürcüstan Prezidenti bu barədə “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, təmaslar zamanı Gürcüstandakı seçkilər, həmçinin Tbilisidəki vəziyyət müzakirə olunub.
Bundan əvvəl isə Parisdə Salome Zurabişvilinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Bu barədə "X" səhifəsində ukraynalı lider paylaşım edib.
"Ukrayna indi öz layiqli gələcəyini müdafiə edən gürcü xalqını dəstəkləyir və onunla həmrəydir. Həmişə insanların fikrinə hörmət etmək və İvanişvili hökumətinin ölkəni Putinə təslim etməsinə imkan verməmək vacibdir. Bu, Rusiyanın Qara dəniz regionunda qurmaq istədiyi nəzarət məsələsidir. Bu, regionda və Avropada hər kəsin milli təhlükəsizliyinə təhdiddir", - deyə Zelenski qeyd edib.