Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə Ermənistan-Azərbaycan sərhədinə gəlib.
Senzor.az bildirir ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının məlumatında belə deyilir.
"Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq", - Aİ missiyası bildirib.
Səfirə missiyanın işi barədə məlumat verilib.
“O, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”, - missiyanın açıqlamasında vurğulanıb.
Qeyd edək ki, Olivye Dekotini bundan əvvəl də Ermənistan-Azərbaycan sərhədinə gələrək, Azərbaycan ərazilərini müşahidə etməklə təxribata əl atıb.