UEFA Avropa Liqası: "Qarabağ" bu gün İsveç klubu ilə qarşılaşacaq

"Qarabağ" UEFA Avropa Liqasında bu gün İsveçin "Elfsborq" klubu ilə üz-üzə gələcək.

 

Senzor.az bildirir ki, Liqa mərhələsinin VI turuna təsadüf edəcək matç Buros şəhərindəki "Buros Arena"da keçiriləcək.

 

Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Görüşü Portuqaliyadan olan baş hakim Antoniu Nobre idarə edəcək.

 

 

Qeyd edək ki, Azərbaycan çempionu hazırda 3 xalla 32-ci, meydan sahibləri isə 4 xalla 28-ci pillədə qərarlaşıb.

 

Yeri gəlmişkən, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan öncə təşkil olunmuş dünənki mətbuat konfransında deyib ki, bu gün səliqəli oyun oynamaq istəyirlər: “Meydanı yaxşı nəticə ilə tərk etmək istəyirik. Oyuna da pis hazırlaşmamışıq. Biz xal qazanmaq gücündəyik. Sabah qarşımızda çox intizamlı komanda olacaq. Ona görə də daha çox güc sərf etməliyik. Diqqətli oynayıb yaxşı nəticə əldə edə bilərik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.