Türkiyə Ordusu bizi iflic edib... - PKK-nın SURİYA QOLU ABŞ-dan KÖMƏK İSTƏYİR
YENİLƏNİB

Qondarma “Suriya Demokratik Qüvvələri” (SDQ-terrorçu PKK təşkilatının Suriya qolu) Türkiyəyə “təzyiq göstərmək” üçün Vaşinqtonun dəstəyinə ümidlidirlər.

 

Suriya kürdlərinin “komandiri” “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahinin bəyanatına istinadən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

 

“Ümid edirəm ki, ABŞ regionumuza bu hücumları (Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun hücumu nəzərdə tutulur – red. ) dayandırmaq üçün kifayət qədər siyasi təzyiq göstərəcək. Bu hələ kifayət dərəcədə olunmur”, - Məzlun Abdi deyib.

 

WSJ-nin məlumatına görə, 900-dən çox ABŞ əsgəri Suriyanın şimal-şərqində və şərqində (kürdlərin ələ keçirdiyi zona) İŞİD-ə qarşı mübarizə aparır. Mənbələr mübarizəni davam etdirmək üçün onların orada qalacağını iddia edirlər.

 

Son günlər SDQ Suriyanın Mənbic və Deyr əz-Zor şəhərləri də daxil olmaqla, bir neçə bölgəyə nəzarəti itirib. Hər iki yaşayış məntəqəsinə daxil olublar. “Məzlum Kobani” iddia edir ki, kürdlər Dəməşqdə SDQ ilə yeni hakimiyyət arasında danışıqlar aparmağı planlaşdırırlar.

 

Azvision.az xatırladır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Esenboğa hava limanında ABŞ-ın dövlət katibi Antoni Blinkenlə keçirdiyi görüşdə ölkəsinin Milli Təhlükəsizliyinin təminatı çərçivəsində Suriyada fəaliyyət göstərən PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına qarşı tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.


**11:29


Türkiyə Ordusu PKK/YPG-nin mövqelərinə gün ərzində ən azı 80 PUA hücumu edir.

 

Bunu YPG/PKK terrorçu şəbəkəsinin komandanı “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin ABŞ mediasına açıqlamasında deyib.

 

“Davamlı olaraq "hücum" altındayıq. Güclü artilleriya atəşi var. Bu vəziyyət bizi iflic edib”, - terrorçuların lideri bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.