Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandanın paytaxtı Kiqali şəhərində bu ölkənin Xarici İşlər üzrə daimi katibi Klementine Mukeka ilə görüşüb.

 

Azərtac xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi üzrə həyata keçiriləcək tədbirlər, ikitərəfli əməkdaşlıq müzakirə edilib. Vurğulanıb ki, Heydər Əliyev Fondu ilə Afrika ölkələri arasında gələcək faydalı əməkdaşlıq münasibətlərin inkişafına öz töhfəsini verəcək.

 

Leyla Əliyeva Ruandanın Gənclər və İncəsənət naziri Sandrine Umutoni ilə də görüşüb. Azərbaycan və Ruanda arasında mədəni əlaqələrə dair, təhsil sahəsində, eləcə də gənclərin mübadilə proqram çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdəki layihələrin xalqlar arasında münasibətlərə müsbət təsiri qeyd edilib.


Müxtəlif mövzulara dair sərgilərin təşkili kimi tədbirlərin xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan yaradacağı bildirilib.














Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.