Tramp Avropa İttifaqı ölkələrini hədələdi - VİDEO

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrini  Vaşinqtonun enerji resurslarını almayacaqları təqdirdə rüsumlar tətbiq etməklə hədələyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

 

"Mən Aİ-yə xəbərdarlıq etdim ki, üzv ölkələr ABŞ ilə münasibətlərindəki kəsiri bizim böyük həcmdə neft və qazımızı almaqla bərpa etməlidirlər. Əks halda bu, daimi rüsumlarla nəticələnəcək!" - o qeyd edib.

 

Tramp ilk prezidentlik müddətində polad və alüminum idxalına yeni rüsumlar tətbiq edib. 2022-ci ilin sonunda Birləşmiş Ştatlar inflyasiya ilə mübarizə haqqında qanun qəbul etdikdən sonra ABŞ və avropalı tərəfdaşlar arasında növbəti ticarət müharibəsi başlayıb. Buna cavab olaraq Avropa İttifaqı Amerika mallarına rüsum tətbiq edib.

 

Aİ Trampın proteksionist siyasətə qayıdaraq Avropa İttifaqından gələn məhsullara rüsumları yenidən artıracağından narahatdır. O, artıq Çindən gələn mallara 10 faiz əlavə rüsum tətbiq edəcəyini vəd edib. Bundan başqa, Tramp yanvarın 20-də vəzifəyə başladıqdan sonra Meksika və Kanadadan daxil olan bütün mallara 25 faizlik tariflər tətbiq edilməsi haqqında fərman imzalayacağını bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.