ABŞ Qırmızı dənizdə səhvən öz qırıcısını vurdu

Dekabrın 22-də ABŞ hərbi qüvvələri Qırmızı dənizdə səhvən öz F/A-18 Hornet qırıcısını vurub.

 

“Reuters” xəbər verir ki, hər iki pilot katapult edərək xilas olub, onlardan biri yüngül xəsarət alıb.

 

ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, hadisə “dost atəşi” səbəbindən baş verib və hazırda bunun səbəbləri araşdırılır. Qırıcı “Harry S. Truman” aviadaşıyıcısında yerləşirdi. Bəyanatda qeyd olunub ki, aviadaşıyıcının müşayiət gəmisi olan “Gettysburg” raket kreyseri “səhvən atəş açaraq təyyarəni vurub”.

 

“Report” xatırladır ki, Qırmızı dəniz artıq bir ildən çoxdur aktiv hərbi əməliyyatlar zonası olaraq qalır. ABŞ İranın dəstəklədiyi Yəmənin husi qüvvələrinə qarşı mübarizə aparır ki, onlar da bölgədə gəmilərə dəfələrlə hücum ediblər. Hadisədən bir gün əvvəl Amerika qüvvələri Qırmızı dəniz üzərində husilərin dron və raketlərini vurub, həmçinin Sanada onların idarəetmə obyektlərinə və raket anbarlarına zərbələr endirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.