Zurabişvili İvanişvili ilə görüşməyə hazırdır

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə yeni seçkilərin təyin edilməsini müzakirə etmək üçün hakim “Gürcü Arzusu” Partiyasının yaradıcısı və fəxri sədri Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Zurabişvili bu barədə müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında danışıb.

 

“Şəxsən İvanişvili ilə nə vaxt istəsə, görüşməyə hazıram. Bilirəm ki, kənardan ona təzyiq etmək istəyən çoxlu adam olacaq. Yeni seçkilər dərhal təyin olunmalı və keçirilməlidir”, - Zurabişvili bildirib.

 

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti gələn bazar günü başa çatır.

 

Zurabişvili vurğulayıb ki, hakimiyyətin əleyhdarları öz tələblərinə nail olmaq üçün mübarizənin yeni mərhələsinə keçir və “bütün istiqamətlərdə hücuma keçəcəklər”. “Çox vaxt qalmayıb. “Gürcü arzusu” bizi tezliklə Rusiya rejiminə keçirmək üçün yeni qanunlar qəbul etməyə çalışır. Biz buna imkan verməyəcəyik”, - deyə Gürcüstan Prezidenti vurğulayıb.

 

Xatırladaq ki, Zurabişvilinin tələbi ATƏT/DTİHB-nin parlament seçkiləri ilə bağlı yekun rəyinin dərcindən sonra səslənib. Müxalifət hesabatı "görünməmiş dərəcədə mənfi" adlandırıb. Təşkilat belə qənaətə gəlib ki, “çoxsaylı problemlər seçkinin bütövlüyünə mənfi təsir göstərib və ictimaiyyətin prosesə etimadını sarsıdıb”. Eyni zamanda hesabatda qeyd olunur ki, müşahidəçilərin səlahiyyətlərinə seçkilərin tanınması və ya təsdiqi daxil deyil və nəticəni seçicilər öz çıxarmalıdırlar. “Gürcü Arzusu” isə hesabatdan məmnun qalıb. Baş nazir İrakli Kobaxidze hesab edir ki, bu, seçkilərin “azad və rəqabətli” keçdiyini göstərir. Baş nazirin sözlərinə görə, şərhlər əsasən texniki çatışmazlıqlar və "təcrid olunmuş zorakılıq hadisələri" ilə bağlıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.