Təyyarə qəzasının səbəblərini araşdıran Dövlət Komissiyasının iclası keçirildi
MÜVAFİQ TAPŞIRIQLAR VERİLDİ

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib.

 

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumat görə, Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib.

 

Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirib. Həmin şəxslərə Qazaxıstan tərəfi ilə birlikdə tibbi yardım göstərilməsi üçün səhiyyə naziri Teymur Musayevə müvafiq tapşırıqlar verilib.

 

Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlərin aparıldığı qeyd olunub. Xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış “Qaynar xətt” vasitəsilə qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərildiyi qeyd edilib.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun qazaxıstanlı həmkarlarla birlikdə hadisənin başvermə səbəblərini araşdırdığı və cinayət işi üzrə istintaq apardığı bildirilib. İstintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verilib.

 

Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilib.

 

Xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmasların və birgə səylərin həyata keçirildiyi vurğulanıb. Komissiya üzvlərinə səlahiyyətləri üzrə müvafiq işlərin aparılması ilə bağlı tapşırıqlar verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.