Bayden AZAL-ın təyyarəsinin qəzaya uğraması barədə məlumatlandırılıb
CON KİRBİ

ABŞ Prezidenti Cozef Bayden “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılıb.

 

Bunu “News Nation”un efirinə telefonla bağlanan Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

 

Onun sözlərinə görə, hadisə ilə bağlı C.Baydenə mütəmadi olaraq məlumatlar verilir.

 

“Bu hadisə fəal şəkildə araşdırılır. Biz həm diplomatik, həm də Milli Təhlükəsizlik Şurası vasitəsilə Azərbaycan hökumətinə ehtiyac olduğu halda araşdırmaya yardım etməyə hazır və istəkli olduğumuzu çatdırdıq”, - deyə o bildirib.

  

Qeyd edək ki, 25 dekabrda AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.