“Hayastan” partiyasının lideri, eks-prezident Robert Köçəryanın sədrliyi ilə Ermənistan parlamentindəki “Hayastan” fraksiyasının iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, fraksiyanın fəaliyyəti, mövcud daxili siyasi problemlər və hadisələrin inkişafının mümkün variantları müzakirə olunub.
Görüş iştirakçıları xarici çağırışların güclənməsini və gərgin geosiyasi vəziyyəti də müzakirə ediblər.
Robert Köçəryanın “Hayastan” üzvlərinə aktivləşmək tapşırığı verdiyi qeyd olunur.