Gürcüstan Prezidenti Salome Zurabişvili yeni seçilmiş Prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi ərəfəsində iqamətgahı tərk etməyib, gecəni Prezident sarayında keçirəcəyini deyib.
Senzor.az Gürcüstan mediasına istinadən bildirir ki, dekabrın 29-da səhər saat 10:00-da o, hamını Sarayda gözlədiyini və planlarını birbaşa oradan açıqlayacağını bəyan edib.
“Orbeliani sarayından salamlar. Mən buradayam, həm də burada qalacağam, burada gecələyəcəm. Səhər saat 10-da sizi Orbeliani sarayında gözləyirəm və buradan sizə sabahkı günün, gələcək günlərin və qələbə günlərinin necə olacağı, eləcə də qarşıdakı planlar barədə açıqlamalar verəcəyəm”, - deyə Salome Zurabişvili vurğulayıb.
Xatırladaq ki, dekabrın 29-da M.Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.