Salome Zurabişvili Prezident iqamətgahı olan Orbelianı sarayını tərk etmək barədə qərar qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, iqamətgahın önündə toplaşan tərəfdaşlarına müraciətində məlumat verib.
Onun sözlərinə görə, ölkənin yeni seçilən Prezidenti Mixail Kavelaşvili vəzifəsinin icrasına başladıqda Prezident sarayını tərk edəcək.
Xatırladaq ki, hazırda Gürcüstan parlamentində Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir. Salome Zurabişvili isə bundan əvvəl iqamətgahı tərk etməyəcəyini bildirmişdi.