Gürcüstanın Bolnisi rayonunda sakinlərlə polis arasında qarşıdurma – NƏ BAŞ VERİB?
FOTO

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində 2 azərbaycanlı yeniyetmənin ölümü ilə nəticələlənən avtomobil qəzası ilə bağlı məlumat yayıb.

 

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun məlumatında qəzanı törədən 2003-cü il təvəllüdlü sürücünün həbs edildiyi qeyd olunub.

 

“Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo Kartli Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli və Bolnisini birləşdirən yolda yol-nəqliyyat hadisəsi törətmiş sürücü, 2003-cü il təvəllüdlü T.Ç. həbs olunub.

 

İstintaqla müəyyən edilib ki, adıçəkilən şəxs avtomobilində 4 sərnişinlə magistral yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə biri yerində, digəri isə tibb müəssisəsində olmaqla 2 piyada ölüb. İstintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır”, - məlumatda deyilir.

 

Qeyd edək ki, hadisədən sonra yerli sakinlərlə polis arasında qarşıdurma olub. Yerli KİV qarşıdurma zamanı yaralanmış 9 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Sakinlərin sözlərinə görə, avtomobilin sürücüsü və sərnişinləri sərxoş olub. Bildirilib ki, gərginlik sürücünün sakinləri təhqir etməsindən sonra artıb.

 

Qeyd olunur ki, əraziyə gələn təcili yardım avtomobilin qəza nəticəsində xəsarət alan yeniyetmələri deyil, avtobobilin sürqcüsünü və sərnişinlərini xəstəxanaya aparmaq istəyib.

 

Qarşıdurma zamanı qəza törədən avtomobil, həmçinin əraziyə gələn təcili tibbi yardım avtomobili aşırılıb. Gərginliklə əlaqədar əraziyə polis xüsusi təyinatlıları səfərbər edilib.

 

“Report”un bir az əvvəl verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının səfərbərliyi nəticəsində artıq vəziyyəti normallaşdırmaq mümkün olub. Hazırda vəziyyət tam nəzarət altındadır.

 

İstintaq davam edir, hüquq-mühafizə orqanları baş verən hadisənin bütün detalları və səbəblərini araşdırır. Yerli sakinlər hadisə ilə bağlı ədalətin təmin olunacağına ümid edirlər.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.