Türkiyə hüquq-mühafizə orqanları ölkədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat həyata keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 12 gün ərzində aparılan əməliyyat ölkənin 57 bölgəsini əhatə edib.
Ümumilikdə, İŞİD-ə üzv və terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli bilinən 536 nəfər saxlanılıb.