İsrail Suriyanın Hələb əyalətindəki müdafiə zavodlarına və tədqiqat mərkəzinə zərbələr endirib.
Senzor.az bildirir ki, xəbəri Şam FM radiostansiyası yayıb.
Qeyd olunub ki, İsrailin bombalanması Hələbin şərqindəki əl-Safira bölgəsindəki elmi tədqiqat mərkəzlərini hədəf alır. Hələbin şərqindəki hava hücumlarının 2,5 bal gücündə zəlzələ yaratdığı bildirilir.