Livan-Suriya sərhədində toqquşma: YENİ LİDER SÖZ VERDİ...

Livanın Baş naziri Nəcib Mikati Suriyanın yeni lideri Əhməd əş-Şara ilə telefon danışığı aparıb.

 

Bu barədə Livan hökumətinin X hesabında paylaşım edilib.

 

Tərəflər telefon danışığı zamanı ötən gün Suriya-Livan sərhədində baş verən silahlı toqquşmanı müzakirə ediblər.

 

“Söhbət zamanı Əhməd əş-Şara Suriyanın müvafiq idarələrinin birgə sərhəddə sakitliyi bərpa etmək üçün lazım olan hər şeyi etdiyini təsdiqləyib və baş verənlərin təkrarlanmasının qarşısını almağa söz verib”, - məlumatda bildirilib.

 

Axar.az xatırladır ki, yanvarın 3-də Baalbek bölgəsinin şərqində Livana daxil olmağa çalışan bir qrup silahlı suriyalı ilə toqquşma zamanı 4 Livan əsgəri yaralanıb. Xəbərdarlıq atəşinə cavab olaraq silahlılar qumbaraatanlarla ordunun patruluna hücum ediblər. Onların Suriya ilə sərhəddə yerləşən Sirğayə məntəqəsindən gələn qaçaqmalçılarla əlaqədə olduqları müəyyən edilib. Atışmadan sonra sərhədin bu hissəsində yerləşən ordu hissələri əlavə təhlükəsizlik tədbirləri görüb. Öz növbəsində Dəməşqdən sərhədə mexanikləşdirilmiş hərbi birlik göndərilib və bundan sonra Livan ərazisində atəş dayandırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.