Ermənistanın milli qəhrəmanı, ordunun ehtiyatda olan generalı Tiran Xaçatryan saxlanılıb.
Bu barədə “Sputnik Armeyiya”ya onun vəkili Varazdat Arutyunyan məlumat verib.
Ona qarşı 44 günlük müharibənin bəzi epizodları ilə bağlı ittiham irəli sürülüb.
Generalın həbs olunması ilə bağlı məhkəməyə vəsatət verilib.
Qeyd edək ki, Xaçatryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin keçmiş müavinidir. O, 2020-ci il iyunun 15-dən 2021-ci il fevralın 24-dək bu vəzifədə işləyib.
O da bildirilir ki, Tiran Xaçatryan bundan əvvəl qanunsuz silah gəzdirmə, xuliqanlıq və bədən xəsarəti yetirməkdə ittiham olunub.