ABŞ dövlət katibi Antoni Blinken Fransanın ən yüksək ləyaqət nişanı sayılan "Fəxri legion" ordeni ilə təltif olunacaq.
"Beynəxalq Fransa" radiosunun məlumatına görə, Blinken ordeni almaq üçün Parisə yollanacaq. Bu onun öz vəzifəsi dövründə sonuncu səfəri kimi yadda qalacaq. Dövlət katibinə "Fəxri legion"u Fransa prezidenti Emmanuel Makron təqdim edəcək. O, sözügedən ordenə 2021-ci ildən bəri ABŞ-Fransa münasibətlərinə verdiyi töhfələri səbəbi ilə layiq görülüb.
ABŞ-ın baş diplomatı həmçinin Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşərək, Yaxın Şərqdəki, xüsusilə Suriyadakı cari vəziyyətlə bağlı müzakirələr aparacaq.