İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı Qəzza zolağında girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyişi müzakirə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Baş nazirinin Mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Benyamin Netanyahu az öncə ABŞ Prezidenti Co Baydenlə danışıb. Baş nazir ABŞ Prezidenti ilə girovlarla bağlı danışıqlarda irəliləyişi müzakirə edib və onların azad edilməsi prosesini sürətləndirmək üçün Dohada danışıqlar aparan nümayəndə heyətinin mandatı barədə məlumat verib", - deyə Mətbuat xidmətindən bildirilib.