Tbilisidə Gürcüstan hökumətinə qarşı növbəti etiraz aksiyası keçirilir
VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında növbəti etiraz aksiyası keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektində magistral yolu bağlayıblar.

 

Onların tələbi aksiyanın 56-cı günündə də dəyişməyib: yeni seçkilər təyin edilsin və əvvəlki aksiyalar zamanı həbs olunanlar  azadlığa buraxılsın...

 

Son bir neçə həftə ərzində olduğu kimi, bu aksiya da dinc şəraitdə keçirilir.

 

Etirazlar, Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinin dondurulduğunu bəyan etməsindən sonra, noyabrın 28-dən başlayıb.

 

Yeri gəlmişkən, İrakli Kobaxidze dünən xəbərdarlıq edərək bildirib ki, hakim “Gürcü arzusu” partiyası ölkədə radikalizmə həlledici zərbə vuracaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.