“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Senzor.az bildirir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.
Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.
**10:32
"Qarabağ" bu gün UEFA Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubu ilə üz-üzə gələcək.
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.
Matçı slovakiyalı hakim Filip Qlova idarə edəcək.
Xatırladaq ki, "Qarabağ" turnir cədvəlində 3 xalla 33-cü, FKSB isə 11 xalla 10-cu pillədə qərarlaşıb. Azərbaycan çempionu pley-offa vəsiqə şanslarını davam etdirmək üçün bu gün mütləq qələbə qazanmalıdır, məğlub olsa, avrokuboklarla vidalaşacaq.