İtaliyada 19 gürcüstanlı qadın saxlanıldı
DAHA 17-si BARƏSİNDƏ ARAŞDIRMA APARILIR

İtaliyada Gürcüstanın 19 qadın vətəndaşı saxta şəxsiyyət vəsiqələrinin saxlanılması və hazırlanması ittihamı ilə saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar İtaliyada baxıcı kimi fəaliyyət göstərirlərmiş.

 

Məlumatı Udine şəhər Prokurorluğu təsdiqləyib. Qeyd edilir ki, daha 17 qadın barəsində şikayət daxil olub və onlarla bağlı araşdırmalar davam etdirilir.

 

İstintaqın başlanmasına Udine Vergi Xidmətinə Gürcüstan vətəndaşları tərəfindən vergi kodu almaq üçün müraciətlərin kəskin artımı səbəb olub.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslərin hamısında Slovakiya, Polşa və Litva kimi Avropa İttifaqına üzv ölkələrə məxsus saxta şəxsiyyət vəsiqələri aşkarlanıb. Bu sənədlər İtaliyada yaşamaq və işləmək üçün heç bir maneə yaratmadığı üçün həmin şəxslər əvvəlcə Udine Vergi Xidmətində vergi kodu əldə edir, daha sonra isə digər bölgələrə işləməyə gedirmişlər.

 

Məlumata görə, bu vəsiqələr xaricdə 600 avro müqabilində hazırlanıb.

 

Fırıldaqçılıq sxemi təsdiqini tapsa, Gürcüstan vətəndaşları İtaliyadan deportasiya ediləcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.